“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 1/8 finalının “Real”a qarşı cavab oyunundan əvvəl komandasındakı vəziyyətlə bağlı fikirlərini bildirib.
İngiltərə klubunun Çempionlar Liqasında qalması üçün möcüzə lazımdır və onların Premyer Liqadakı çıxışı da idealdan çox uzaqdır, lider “Arsenal” 9 xal fərqiylə öndədir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı baş məşqçi komandasını dəstəkləyib:
“Mən hələ də komandamı sevirəm. Bilirəm ki, müasir futbolun reallıqlarını nəzərə alsaq, çoxu hazırda bizim oyunumuzdan məmnun deyil/
Amma həqiqətən də, komandamdan razıyam. Sona qədər mübarizə aparacağıq və gələn mövsüm geri dönəcəyik”.
“Mançester Siti” ilə “Real” arasında ilk qarşılaşma ispanların 3:0 hesablı qələbəsiylə başa çatıb. Komandalar arasında cavab oyunu martın 17-də, “Etihad”da keçiriləcək.

