“Xəzər Lənkəran” və “Neftçi”da oynamış legioner: “Qarabağ” üçün dua edirəm”

6 Aprel 23:40 Premyerliqa 190
“Xəzər Lənkəran” və “Neftçi”da oynamış legioner: “Qarabağ” üçün dua edirəm”

“Qarabağ” Azərbaycan futbolu üçün çox yaxşı işlər görür, ölkə futbolunu layiqincə təmsil edir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Xəzər Lənkəran” və “Neftçi”nin sabiq yarımmüdafiəçisi Culius Vobay deyib.

Syerra-Leone yığmasında 29 oyunda 2 qolla yadda qalmış vinger 2011-ci ildə “Xəzər Lənkəran”ın, 2012-2015-ci illər aralığında “Neftçi”nin şərəfini qoruyub.

O, “ağ-yaşıllar”la Azərbaycan kubokunu qazanıb, “ağ-qaralar”ın heyətində həm ölkə çempionu olub, həm də ölkə kubokunu başının üzərinə qaldırıb.

Vobay bildirib ki, indinin özündə də Azərbaycan futbolu ilə maraqlanır. Məsələn, Premyer Liqanın turnir cədvəlindəki vəziyyət, komandalarımızın avrokuboklardakı çıxışlarını diqqətdə saxlayır:

“Çempionlar Liqasında “Qarabağ”ı mütəmadi izləyirdim. “Benfika” və “Nyukasl”la matçlarına əvvəldən sona qədər baxdım və qürur duydum. Onlar üçün dua edir və uğurlar arzulayıram”.

Futbolçu karyerasını başa vurandan sonra məşqçiliyə başlayan 42 yaşlı mütəxəssis hazırda vətəni Syerra-Leonenin yüksək dəstəsində mübarizə aparan “Vilberfors Straykers”in əsas komandasında köməkçi məşqçi kimi fəaliyyət göstərir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti