“Liverpul”un baş məşqçisi Arne Slot mövsümün sonunda klubdan ayrılmaq qərarına gəlib.
Sportinfo.az xəbər verir ki, bu barədə “indykaila News” məlumat yayıb.
Tərəflər artıq yayda yolların ayrılması ilə bağlı razılığa gəliblər. Niderlandlı mütəxəssis mövsümün sonuna qədər komandanın başında qalacaq, daha sonra isə vəzifəsindən ayrılacaq. Bildirilir ki, bu qərar məhz Slotun şəxsi istəyi ilə qəbul olunub.
47 yaşlı mütəxəssis “Liverpul”u 2024-cü ilin yayından çalışdırır və onun klubla müqaviləsinin müddəti 2026/27 mövsümünün sonuna qədərdir.
Onun komandası hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Slotun əsas əvəzləyicisi sayılan namizəd isə daha əvvəl “Real”dan ayrılan Xabi Alonso hesab olunur.

