Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçları keçirilir.
Sportinfo.az xəbər verir ki, bu gün 4 oyun baş tutub.
“Sportinq” səfərdə 0:3 hesabıyla uduzduğu “Budo Qlimt”ə 5 cavabsız qol vuraraq mərhələ adlayıb.
PSJ evdə darmadağın etdiyi “Çelsi”ni səfərdə də yenib. “Real” da “Mançester Siti”yə oxşar aqibəti yaşadıb. “Arsenal” isə “Bayer”lə görüşdən qalib ayrılıb.
Sportinq (Portuqaliya) – Budo Qlimt (Norveç) 5:0
Qollar: İnasio, 34. P.Qonsalves, 61. L.Suares, 78-pen. Arauxo, 92. Nel, 120+1.
İlk oyun – 0:3.
Arsenal (İngiltərə) – Bayer (Almaniya) 2:0
Qollar: Eze, 36. Rays, 63.
İlk oyun – 1:1.
Çelsi (İngiltərə) – PSJ (Fransa) 0:3
Qollar: Kvaratsxeliya, 6. Barkola, 14. Mayulu, 62.
İlk oyun – 2:5.
Mançester Siti (İngiltərə) – Real (İspaniya) 1:2
Qollar: Haland, 41 – Vinisius, 22-pen; 90+3.
İlk oyun – 0:3.

