Növbəti mövsüm Premyer Liqada iştirakı böyük ölçüdə dəqiqləşən "Şəfa" artıq elitanın planlarını qurmaqdadır.
Bakılılar hazırda ev oyunlarını Binə qəsəbə stadionunda keçirir.
Məlumdur ki, adıçəkilən arena Premyer Liqa tələbələrinə cavab vermir.
Deməli, yeni idman qurğusu tapmaq mütləqdir.
Artıq alternativ yol tapılıb.
Klub elitadakı ev oyunlarını Sumqayıtda keçirəcək.
Söhbət "Sumqayıt"ın daha əvvəl ev oyunlarını keçirdiyi "SOCAR Polimer arena"dan gedir.
Bakı təmsilçisi köhnə adı ilə desək "Kapital Bank Arena"nı indidən birinci meydança kimi aidiyyatı qurumlara göndərib.
"Şəfa" 20 turdan sonra hazırda Birinci Liqanın lideridir.
Aktivində 45 xalı olan kollektiv ən yaxın izləyicilərini 8 xal qabaqlayır.
XANOĞLAN / SPORTİNFO.AZ

