Misli Premyer Liqasında, I iqa və II Liqada mart ayının ən yaxşı qollarının müəllifləri məlum olub.
Sportinfo.az xəbər verir ki, qaliblər münsiflər heyətinin səsverməsi nəticəsində müəyyənləşib.
Misli Premyer Liqasında ötən ayın ən yaxşı qolunun müəllifi “Zirə”dən Eren Aydın olub. 11 münsifdən 8-i məhz 23 yaşlı hücumçuya səs verib.
Birinci liqada “Şəfa”dan Tərlan Quliyevin, İkinci liqada isə “Qaradağ Lökbatan”dan Emil Quluzadənin qolu fərqləndirilib.

