"Sabah" basketbol klubu Qazaxıstanın "Astana" komandası ilə ikinci yoldaşlıq matçında qələbə qazanıb.
Sportinfo.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutan görüş meydan sahiblərinin 94:83 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında aprelin 4-də keçirilən ilk matçda Qazaxıstan komandası 110:102 hesablı qələbə qazanmışdı.

