“Bayern”in sabiq futbolçusu Markus Babbel “Real”ı kəskin tənqid edib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı keçmiş müdafiəçi “kral klubu”nun davranışlarını qeyri-idmani adlandırıb:
“Real” Avropanın ən nifrət edilən klubudur və “Bayern”in növbəti mərhələyə keçməsi çox yaxşı olardı.
Onların son illərdəki davranışı fikrimcə, tamamilə qeyri-idmanidir və ədalətli oyunla heç bir əlaqəsi yoxdur”.
Babbel əlavə edib ki, Madrid təmsilçisinin özünü digərlərindən üstün hesab etdiyini düşünür:
“Məndə belə bir təəssürat yaranır ki, onlar özlərini hamıdan yuxarıda görür və daha yaxşı olduqlarını düşünürlər. Bu isə məni həqiqətən qəzəbləndirir”.
O, həmçinin, “qızıl top” mərasimi ilə bağlı məsələyə də toxunub:
“Bayern” heç vaxt oyunçusu qalib gəlmədiyinə görə “qzıl top” mərasimini boykot etməzdi. Bu, hər kəsə hörmətsizlikdir. “Real”ın davranışını olduqca iyrənc hesab edirəm”.
“Real” 2024-cü ildə keçirilən “qızıl top” səsverməsini komandanın vingeri Vinisius Juniorun seçilməməsi səbəbindən boykot etmişdi.
Həmin mövsümdə nüfuzlu mükafatı “Mançester Siti”nin ispaniyalı yarımmüdafiəçisi Rodri qazanmışdı.
“Real” bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Bayern”i qəbul edəcək.

