“Yeni baş məşqçiyə ehtiyac var, onunla yolları ayırmağın vaxtıdır”

6 Aprel 23:20 Milli komanda 185
“Yeni baş məşqçiyə ehtiyac var, onunla yolları ayırmağın vaxtıdır”

Ukrayna millisinin sabiq futbolçusu İqor Xudobyak yığmanın DÇ-2026-nın seçmə və pley-off mərhələsindəki çıxışını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, 41 yaşlı mütəxəssis komandanın gözləniləndən zəif nəticələr əldə etdiyini bildirib.

O, seçmə mərhələdə Azərbaycan millisi ilə 1:1 hesabı ilə başa çatan Bakıdakı qarşılaşma barədə də danışıb:

“10 xallıq şkala üzrə Ukrayna millisinin seçmə mərhələdəki çıxışını 5-6 arasında qiymətləndirərdim. Qrupdakı ilk oyunlar çox çətin keçdi.

Xüsusən də Azərbaycanla səfər matçı zəif alındı. Komanda qrupda ikinci yeri tutsa da, yaxşı oynamadı.

Pley-offdakı rəqib İsveç bizdən heç də güclü deyildi. Ancaq futbolçularda gözlənilən istək yox idi.

Düşünürəm ki, yeni baş məşqçiyə ehtiyac var. Sergey Rebrovla yolları ayırmağın vaxtıdır”.

azərbaycan millisinin də yer aldığı qrupda ikinci yeri tutan Ukrayna yığması pley-offun yarımfinalında İsveçə uduzaraq, dünya çempionatına vəsiqə qazanmaq şansını əldən verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti