Argentinalı vingeri satmağa hazırdır - Premyer Liqa mənsubu

7 Aprel 18:40 İngiltərə 560
Argentinalı vingeri satmağa hazırdır - Premyer Liqa mənsubu

Argentina millisinin və “Çelsi”nin vingeri Alexandro Qarnaço yay transfer pəncərəsində klubunu dəyişə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubunun rəhbərliyi 21 yaşlı futbolçunu satmağa hazırdır və artıq potensial alıcılardan təkliflər gözləyir.

Hazırda Qarnaçonun bazar dəyəri 40 milyon avro olaraq qiymətləndirilir. Onun klubu ilə müqaviləsinin müddəti 2032-ci ilin iyununun sonuna qədərdir.

Argentinalı “Çelsi”yə “Mançester Yunayted”dən 46 milyon avro qarşılığında transfer olunub. O, cari mövsümdə İngiltərə çempionatında 20 oyunda meydana çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?