Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Turan Tovuz” - “Zirə” (0:2) matçında qəbul etdiyi mübahisəli qərarlarla gündəmə gələn hakim Əliyar Ağayev və VAR hakimi Cavid Cəlilov cəzalandırılıb.
Sportinfo.az xəbər verir ki, hər iki hakimin adı “Qarabağ” - “Karvan-Yevlax” və sabahkı “İmişli” - “Turan Tovuz” matçlarından çıxarılıb.
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov tovuzluların narazı qaldığı və baş hakim Əliyar Ağayevin penalti təyin etmədiyi epizodlarda referinin qərarlarını yanlış adlandırmış, onun səhv qərar verdiyini təsdiqləmişdi.
“Turan Tovuz”un sədri Ehtiram Quliyev məsələyə dair sərt açıqlama verərək futbolçuların haqqını hakim Əliyar Ağayevə halal etmədiyini bildirib.



