“Qarabağ”ı "sürpriz komanda" adlandırdı: "Yeni çətinliyə hazırlaşmalıyıq"

24 Noyabr 2025 02:10 Çempionlar Liqası 611
“Qarabağ”ı "sürpriz komanda" adlandırdı: "Yeni çətinliyə hazırlaşmalıyıq"

“Napoli”nin baş məşqçisi Antonio Konte A Seriyasının 12-ci turunda “Atalanta” üzərində (3:1) hesablı qələbəsini şərh edib.

Sportinfo.az “Football İtalia”ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda “Qarabağ”a qarşı keçiriləcək oyundan gözləntilərini bölüşüb:

“İndi bizi bu mövsüm Çempionlar Liqasının sürpriz komandası olan “Qarabağ”la oyun gözləyir. Özümüzə gəlməli və yeni bir çətinliyə hazırlaşmalıyıq”.

“Atalanta” üzərində qələbə qazanan “Napoli” turnir cədvəlinin zirvəsinə qayıdıb.

“Napoli” – “Qarabağ” matçı noyabrın 26-da Dieqo Armando Maradona stadionunda keçiriləcək və görüşə Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti