“Qarabağ” Nərimandan da baha qiymətə oyunçu satacaq - MÜHÜM AÇIQLAMA

17:00 Qarabağ 322
“Qarabağ” Nərimandan da baha qiymətə oyunçu satacaq - MÜHÜM AÇIQLAMA

«Bizim akademiyaya məxsus yeniyetmə və gənclərə maraq çoxdur».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qarabağ»ın futbol akademiyasının koordinatoru Aftandil Hacıyev deyib.

Üçüncü mövsümdür Ağdam təmsilçisində bu sahəyə rəhbərlik edən tanınmış mütəxəssis bildirib ki, bir sıra Avropa klubları onların yetirmələrinə elçi düşüb:

«Xüsusən aşağı yaş qrupları üzrə millilərə dəvət alan futbolçulara diqqət var. İndiyədək neçə-neçə menecerdən onlarla bağlı sorğu almışıq.

Hhər dəfə hansısa beynəlxalq turnirlərdə iştirak edəndən sonra bizdən məlumat istəyirlər. Akademiyamızdan çıxan Nəriman Axundzadə yaxınlarda ABŞ-yə getdi.

«Qarabağ» onun «Kolumbus Kru»ya satışından yaxşı pul qazandı. Əli Bəşirovu da Fransadan «Strasburq» istəyir.

Mayda ora baxışa getməlidir. Yayda daha dörd-beş oyunçumuz Avropaya gedə bilər. Yoxlanışa çağırılanlar çoxdur.

Hələlik qoy ad çəkməyim. Sadəc, onu deyim ki, bizim uşaqlara dəvət göndərənlər Avropanın kifayət qədər tanınmış klublarıdır.

Mən inanıram ki, Nəriman «Qarabağ»ın akademiyasının sonuncu satışı olmayacaq. Ondan da yüksək qiymətə transfer olunanları eşidəcəksiz.

Çünki klubda bu istiqamətlər çox düzgün qurulub. Rəhbərlik səviyyəsində akademiyaya böyük diqqət var.

Nərimanın Amerikaya getməsi buradakı yeniyetmə və gəncləri daha da ruhlandırıb.

İnanırlar ki, özlərini yaxşı tərəfdən göstərə bilsələr, onlara da yaxşı klublardan təkliflər gələcək».

single-news

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti