“Millidə keçirdiyim 8 gün çox yaxşı yadda qaldı.
Bu, mənim üçün ilk dəvət idi və komanda yoldaşlarımla yaxından tanış olmaq imkanı əldə etdim.
Buradakı atmosfer, millinin üzvü olmaq həqiqətən çox gözəl hissdir”.
Sportinfo.az xəbər verir ki, bu sözləri millinin debütantı Ayxan Hüseynov deyib.
Yarımmüdafiəçi Syerra Leone yığmasına penaltilər seriyasında 9:8 hesabı ilə (əsas vaxt 1:1) qalib gəldikləri oyunla bağlı fikirlərini də bölüşüb:
“Çətin qarşılaşma oldu. Rəqib fiziki cəhətdən çox güclü idi və biz bunun fərqində idik.
Oyunun asan keçməyəcəyini bilirdik və buna hazırlaşmışdıq. Şükür ki, hər şey istədiyimiz kimi getdi və qələbə qazandıq.
Təəssüf ki, penaltilər seriyasında fərqlənə bilmədim. Hər kəsə, xüsusilə Aydın Bayramova təşəkkür edirəm ki, bizə qələbə qazandırdı.
Artıq bu oyunu arxada qoyub bütün diqqətimizi Millətlər Liqasına yönəltməliyik. Komandamızın potensialı yüksəkdir.
İnanıram ki, bu qələbələrin davamını gətirərək daha da irəli gedəcəyik”.

