ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatı iyunun 11-də start götürəcək.
Sportinfo.az xəbər verir ki, ilk dəfə 48 komandanın iştirakı ilə baş tutacaq mundialın matçları Azərbaycanda gecə yarısı yayımlanacaq.
Qarşılaşmaların əksəriyyəti saat 00:00-dan sonra baş tutacaq.
Düzdür, 21:00 və 23:00-da da yayımlanacaq qarşılaşmalar olacaq. Amma bu matçların sayı olduqca azdır.
Açılış matçı olan Meksika və Cənubi Afrika komandaları arasında keçiriləcək oyun saat 23:00-da baş tutacaq.
Demək olar ki, qrup mərhələsi boyunca hər gün 4 oyun oynanılacaq.
Mundial iyulun 19-da final görüşü ilə başa çatacaq.

