Bu hadisə Azərbaycan yığmasını irəli saldı - FİFA açıqladı

1 Aprel 22:40 Milli komanda 262
Bu hadisə Azərbaycan yığmasını irəli saldı - FİFA açıqladı

Azərbaycan millisi FİFA reytinqində üç pillə irəliləyib.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Ayxan Abbasovun komandası hazırda 1136.67 əmsalla 124-cü pillədə qərarlaşıb.

Azərbaycan yığmasının ötən ay "FIFA Series – 2026" beynəlxalq turnirinin qalibi olması reytinqdə irəliləyişə səbəb olub.

Azərbaycanın UEFA Millətlər Liqasındakı rəqiblərindən olan Litva 148-ci, Lixtenşteyn isə 206-cı pillədə qərarlaşıb.

Reytinqin ilk pilləsində Fransa (1877.32) yer alıb. İspaniya (1876.40) ikinci, Argentina (1874.81) üçüncüdür.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti