“Paşinyan və Əliyevin səyləri sayəsində vəziyyət stabilləşib”

2 Aprel 08:10 Hadisə 588
“Paşinyan və Əliyevin səyləri sayəsində vəziyyət stabilləşib”

Rusiya Prezidenti Vladimir Putin Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə Ermənistan və Azərbaycan arasındakı münasibətlərin nizamlanması prosesinə toxunub.

Rusiya lideri hər iki ölkə rəhbərinin səyləri nəticəsində bölgədə vəziyyətin sabitləşdiyini qeyd edib.

Putin həmçinin bu prosesdə ABŞ Prezidenti Donald Trampın fəal rolunu xüsusi vurğulayıb:

“Yeri gəlmişkən, sizin və Azərbaycan Prezidentinin səyləri sayəsində inanıram ki, münasibətləri sabitləşdirməyə nail olmuşuq və ABŞ Prezidenti də bu işdə fəal iştirak edib”.

Kremldə baş tutan görüşdə Rusiya-Ermənistan strateji tərəfdaşlığı ilə yanaşı, Cənubi Qafqazda iqtisadi, nəqliyyat və logistika əlaqələrinin inkişafı əsas müzakirə mövzularından biridir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada