Azərbaycan komandasının müdafiəçisi Rahil Məmmədov “FIFA series-2026” beynəlxalq turnirinin finalında Sierra Leona üzərində qazandığı qələbəni (1-1, penaltilərdə 9-8) şərh edib.
Sportinfo.az xəbər verir ki, millimizin oyundakı yeganə qolunun müəllifi görüş barədə bunları deyib:
“Bu turnirdə iki dəfə qalib gəldiyimiz və turniri qazandığımız üçün xoşbəxtik. Bizi dəstəkləmək üçün stadiona gələn azarkeşlərə minnətdarıq.
Düşünürəm ki, bu nəticə ilə onları sevindirdik. Sierra-Leaon yığması ilə oynamaq qeyri-adi idi.
Axı bu, Afrika komandasına qarşı ilk oyunumuz oldu. Onlar fiziki cəhətdən güclü idilər.
Düşünürəm ki, bu oyunu və bütövlükdə turnirdə qazandığımız təcrübəni gələcək inkişafımıza özümüzlə götürəcəyik”.

