"O, bu həftə əməliyyat olunacaq, üç aydan sonra məşqlərə qayıdacaq”

04:00 Cüdo 78
"O, bu həftə əməliyyat olunacaq, üç aydan sonra məşqlərə qayıdacaq”

Azərbaycan millisinin zədəli cüdoçularının durumuna aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"un sorğusuna cavab olaraq Azərbaycan Cüdo Federasiyasından (ACF) bildirilib.

Yığmanın üzvü Elcan Hacıyevin (90 kq) hazırda bərpa prosesi keçdiyi vurğulanıb:

"Məşqlərə iyunda start verəcək. Hər şey qaydasında getsə, avqustda ilk yarışına çıxması planlaşdırılır. Onunla eyni çəkidə çıxış edən Vüqar Talıbovun vəziyyəti də eynidir. O da əməliyyatdan sonra bərpa prosesi keçir".

ACF Avstriyanın Linz şəhərində keçirilmiş Qran-prinin final görüşündə zədələnən Vüsal Qələndərzadənin (81 kq) də durumuna aydınlıq gətirib:

"O, bu həftə əməliyyat olunacaq. Vüsal Qələndərzadə də üç aydan sonra məşqlərə qayıdacaq".

Vüqar Talıbovla Elcan Hacıyev bu il hələlik heç bir turnirdə iştirak etməyiblər. Vüsal Qələndərzadə Avstriyadakı Qran-pridə gümüş medal qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
1 Aprel 07:40 Ömrü uzadan 10 qida