Qvardiola 10 ildən sonra “Mançester Siti”dən gedir

15:40 İngiltərə 122
Qvardiola 10 ildən sonra “Mançester Siti”dən gedir

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola istefasını planlaşdırıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis artıq klubun bütün işçilərinə bu mövsümün sonunda vəzifəsindən ayrılacağını bildirib.

Hələlik rəsmi açıqlama verilməyib, lakin təsdiqin tezliklə olacağı gözlənilir. “Çelsi”nin sabiq çalışdırıcısı Enzo Mareska komandanın baş məşqçi postunda Qvardiolanın yerinə əsas namizəd hesab olunur.

Qvardiola 2016-cı ilin yayından “Mançester Siti”yə rəhbərlik edir. Onun “şəhərlilər”lə hazırkı müqaviləsinin müddəti 2026/27 mövsümünün sonuna qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti