"Qarabağ" gələn yay müqaviləsi bitəcək legionerini tezliklə SATMAĞA RAZILAŞDI

14:00 Qarabağ 273
"Qarabağ" gələn yay müqaviləsi bitəcək legionerini tezliklə SATMAĞA RAZILAŞDI

"Qarabağ" daha bir legioneri ilə vidalaşmağa razıdır.

Yaxınlarda Kris Kuakunun “Sarpsborg 08”a (Norveç) keçidinə şərait yaradan Ağdam təmsilçisi bu dəfə Leandro Andradenin gedişinə hazırlıq görür.

"Köhlən atlar" 2021-ci ildən bu formanı geyinən kabe-verdeliyə görə gələcək təklifləri nəzərdən keçirməyə hazırdır.

Qurban Qurbanov bir neçə aydır ideal formada olmayan, ötən müddətdə Azərbaycandan ayrılmaq istəyini dəfələrlə dilə gətirmiş afrikalını satmağın tərəfdarıdır.

"Qarabağ" onu bu yay satmaqla böyük miqdarda pul qazanmaq istəyindədir. Çünki 26 yaşlı əcnəbinin müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər qüvvədədir.

Azərbaycan çempionu Leandroya qoyduğu transfer qiyməti kifayət qədər normaldır. 3 milyon avro ödəyən olsa, keçid baş tutacaq.

Müştərilər? Onlar əvvəl də olub, indi də var. Səudiyyə Ərəbistanı,

Qətər, Çin, Rusiya və bəzi Avropa ölkələrindən ona maraq göstərənlər çoxdur.

Cari mövsüm 41 matça çıxan Andrade 12 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı sözügedən oyunçunun transfer qiymətini 3 milyon avro ilə dəyərləndirir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti