"Qarabağ"dan sürpriz transfer planı - Onun keçidi baş tutsa...

21:00 Qarabağ 361
"Qarabağ"dan sürpriz transfer planı - Onun keçidi baş tutsa...

"Qarabağ" yeni mövsüm üçün transfer işlərinə start verib.

Klubla adı hallanan o qədər oyunçu var ki...

Onlardan biri də Andrey Sinenkadır.

Açığı, Ağdam klubunun "İmişli"nin kiperinə elçi düşməsinə inanmıram.

Amma məsələ ciddidirsə...

Məncə, uğurlu seçim deyil.

Düzdü, belaruslu qapıçı yaxşı mövsüm keçirir. Komandası autsayder olsa da, özü ciddi səhvlə yadda qalmır.

Əksinə, bir neçə oyunda komandasına vacib xallar qazandırıb.

Bəlkə də "köhlən atlar"a qoşulsa, daha da inkişaf edə bilər.

Lakin son illər digər Premyer Liqa klublarından "Qarabağ" keçənlərin təcrübəsi heç də yaxşı alınmayıb.

"Sabah"ı "Qarabağ"a dəyişən Aleksey İsayevlə Aleksey Kaşuku qeyd etmək yerinə düşər.

İkili "tələbələr"in heyətində xariqələr yaradırdı, amma "Qarabağ"da heç cür özlərini tapa bilmədilər.

İsayev səhvini başa düşüb, yavaşca geridönüş etdi.

Və qısa müddətdə yenə "Sabah"ın əsas fiqurlarından birinə çevrilib.

Kaşuk da yol üstündədir.

Bu, hələ iddialı klubdan "Qarabağ"a gələnlərin aqibətidir.

Söhbət autsayderi "Qarabağ"a dəyişməkdən gedirsə, deməli risk ikiqatdır.

Uğursuz olmaq ehtimalı daha çoxdur.

Digər tərəfdən Sinenka gələcəksə, ikinci qapıçı gözü ilə baxılacaq.

O isə bugünkü performansını daimi oynamaqla əldə edib.

Ehtiyatda qala-qala nəinki artırması, hətta indiki formasını da saxlaması sual altındadır.

Bəlkə də mümkünsüzdür.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti