17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aqil Nəbiyev ciddi problemlə hadisə ilə üzləşib.
Olay Bolqarıstanın Plovdiv şəhərində yaşanıb.
Belə ki, burada Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunun oyunları keçirilib.
B liqasının 2-ci qrupunda yer alan yığmamız yarışın Malta ilə son tur matçından öncə Nəbiyevdən pis xəbər alıb.
Oyunun sstresini yaşayan çalışdırıcı özünü narahat hiss edib və yerli xəstəxanalardan birində yerləşdirilib.
Odur ki, komandamız meydana baş məşqçi olmadan çıxıb. Gənc mütəxəssisi köməkçiləri əvəzləyib.
“Nikola Şterev - Starika İdman Kompleksi”ndə keçirilən matç 2:2 hesabı ilə yekunlaşıb. Yığmamızın heyətində ilk qolu 57-ci dəqiqədə Əli Bəşirov vurub, 72-ci dəqiqədə isə rəqibin oyunçusu avtoqola imza atıb.
Bununla millimiz qrupu 3 xalla üçüncü pillədə tamamlayıb. Daha əvvəl Bolqarıstan (1:1) və Litva millisi ilə (0:0) heç-heçə edən yığmamız qitə birinciliyi ilə vidalaşıb.
SPORTİNFO.AZ


