Azərbaycan “Böyük İpək Yolu”nda 43 nəfərlə təmsil olunacaq

03:40 Boks 54
Azərbaycan “Böyük İpək Yolu”nda 43 nəfərlə təmsil olunacaq

Azərbaycanı aprelin 2-də Bakıda keçiriləcək “Böyük İpək Yolu” beynəlxalq turnirində 43 boksçu təmsil edəcək.

Sportinfo.az xəbər verir ki, Bakı Boks Mərkəzində təşkil olunacaq ənənəvi yarışda Azərbaycan, Avstraliya, Əlcəzair, Bolqarıstan, Gürcüstan, Macarıstan, Qazaxıstan, Moldova, Türkiyə və Özbəkistan milli komandaları mübarizə aparacaqlar.

14 dəst (10 çəkidə kişi, 4 çəkidə qadın) medal uğrunda 126 boksçu gücünü yoxlayacaq. Turnirin qaliblərinin adına aprelin 7-də aydınlıq gələcək.

Azərbaycan kişilərin yarışında 37, qadınların mübarizəsində 6 boksçu ilə təmsil olunacaq.

Turnirin açılış mərasimi sabah, saat 15:00-da olacaq. Ardınca döyüşlər başlayacaq.

Turnirin supervayzeri Svetoslav Sapounciyev (Bolqarıstan), baş hakimi Anar Babanlı (Azərbaycan) olacaq.

Görüşləri azərbaycanlı hakimlərlə yanaşı, Əlcəzair, Bolqarıstan, Qazaxıstan, Moldova, Türkiyə və Özbəkistandan olan referilər də idarə edəcəklər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
1 Aprel 07:40 Ömrü uzadan 10 qida