Rəşad Sadıqov onunla şəklini paylaşıb yazdı ki... FOTO

1 Aprel 23:00 Hadisə 627
Rəşad Sadıqov onunla şəklini paylaşıb yazdı ki... FOTO

“Qarabağ”ın məşhur fanatı Zəfər Hacılı vəfat edib.

Dəfələrlə gündəmə gələn əlil fanat 29 yaşında dünyasını dəyişib.

“Qarabağ”lı məşqçi və futbolçuların daim maddi-mənəvi dəstək göstərdiyi Hacılı martın 27-də nəfəs ala bilməmək, boğulma və güclü öskürək səbəbilə 103-ə zəng vurub.

Bronxları tutulan, boğulma təhlükəsi ilə üz-üzə gələn Zəfər həkimlərin müxtəlif tövsiyələri əsasında xəstəxanaya aparılmayıb. Çox keçmədən dünyasını dəyişib.

Əlil azarkeşin ölüm xəbəri onu tanıyanları sözün əsl mənasında sarsıdıb.

“Qarabağ”ın keçmiş futbolçusu, hazırda “Zirə”ni çalışdıran Rəşad Sadıqov məsələyə biganə qalmayıb.

Sadıqov sosial şəbəkə hesabında Zəfər Hacılı ilə şəklini paylaşaraq ona Allahdan rəhmət diləyib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada