“Motivasiyamızı qoruyaraq qarşıdakı oyunlarda da qələbələrin davamını gətirəcəyimizə inanıram.
Əsas məsələ bu ruhu və inamı itirməməkdir.
Əgər bunu bacarsaq, D liqasından yüksələrək ən azından yenidən əvvəlki mövqeyimizə qayıda bilərik.
Komanda olaraq buna inanırıq və bu hədəf uğrunda çalışırıq”.
Sportinfo.az xəbər verir ki, bu sözləri Elvin Cəfərquliyev deyib.
Müdafiəçi FIFA seriyasında Sierra Leone üzərində qələbə qazanaraq turnirin qalibi olmalarına da münasibət bildirib:
“Çox gərgin və çətin oyun oldu. Açığı, belə ağır keçəcəyini biz də gözləmirdik. Rəqibin güclü komanda olduğunu bilirdik, amma meydanda bunu daha aydın hiss etdik. Hər iki hissədə intizamlı və keyfiyyətli oyun nümayiş etdirdilər, fiziki baxımdan da çox yaxşı vəziyyətdə idilər. Bu da oyunu bizim üçün daha da çətinləşdirdi. Buna baxmayaraq, komandamız xarakter göstərdi, sona qədər mübarizə apardı və istədiyimiz nəticəni əldə etdik. Bu cür oyunlar həm təcrübə, həm də psixoloji baxımdan çox önəmlidir. Şükürlər olsun ki, bütün çətinliklərə rəğmən qələbə qazana bildik”.
O, sonda komandanın hazırkı atmosferi və gələcək hədəflərlə bağlı da fikirlərini bölüşüb:
“Bu qələbə yalnız bir nəticə deyil, həm də gələcək oyunlar üçün ciddi motivasiya mənbəyidir. Komanda daxilində böyük inam, birlik və həvəs var. İndi əsas məqsəd bu ruhu qoruyub saxlamaq və növbəti qarşılaşmalara da eyni motivasiya ilə çıxmaqdır. İnanıram ki, bu yanaşma ilə daha böyük uğurlar əldə edə bilərik”.

