“Qarabağ” meydandan çıxdı, sonra geri qayıtdı - AFFA 1000 manat aldı

16:20 Qarabağ 154
“Qarabağ” meydandan çıxdı, sonra geri qayıtdı - AFFA 1000 manat aldı

AFFA İntizam Komitəsi Əvəzedicilər liqasının 21-ci turunda “Sabah-2” ilə matçdan meydandan çıxıb sonra geri qayıdan “Qarabağ-2”ni cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, federasiya buna görə Ağdam klubunu 1000 manat cərimə edib.

Bundan başqa oyundan sonra stadiona ziyan vuran “Sabah-2” barədə də qərar qəbul edilib. Arenadakı ziyan Masazır təmsilçisi tərəfindən ödəniləcək.

“Qarabağ-2”nin baş məşqçisi Maksim Medvedev “Sabah-2” ilə oyunda hakim qərarlarına etiraz olaraq komandasını meydandan çıxarmışdı. Daha sonra isə onlar geri qayıdaraq matça davam etmişdilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti