Bu klubdan istefa xəbəri gəlir… Bıçaq sümüyə dirəndi!

17:40 Qəbələ 288
Bu klubdan istefa xəbəri gəlir… Bıçaq sümüyə dirəndi!

Premyer Liqanın 26-cı turu Kaxaber Sxadadzenin «Qəbələ»dəki karyerasına son qoya bilər.

Aprelin 5-də «Kəpəz»lə qarşılaşacaq «qara-qırmızılar» qələbə qazanmasa, rəhbərliyin səbr kasası daşacaq.

Bir müddətdir baş məşqçini dəyişmək barədə düşünən qəbələlilər ötən iki aydakı uğursuzluqdan bezib artıq.

16 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşan komanda növbəti turda da «qara zolaq»dan çıxa bilməsə, pley-off mərhələsindən canını qurtmaq şansı praktiki cəhətdən minimuma enəcək.

Çünki bir üst sıradakı «Kəpəz»lə aradakı xal fərqi 5-dir. Çətin ki, «sarı-göylər»ı daha sonrakı səkkiz turda qabaqlamaq mümkün olsun.

«Qəbələ»da futbolçuların əksəriyyəti gürcü çalışdırıcını istəmir. 2024-cü ilin martından bəri burada fəaliyyət göstərən Sxadadze onları zinhara gətirib.

Pis münasibəti, ayrı-seçkilik hallarına yol verməsinə, ən əsası, təhqiramiz sözlərdən tez-tez istifadə etməsinə görə. Ona görə də yeni ildən bəri keçirdikləri oyunların yalnız ikisində qalib gəliblər.

Sxadadze hər şeydən məlumatlıdır. Həm komanda üzvlərinin münasibətindən, həm də rəhbərliyin yekun qərarı verməyə hazırlaşmasından.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti