«YaaRa Tekstil»in təsisçisi və direktoru Yaqut Bayram "Sportinfo TV"nin qonağı olub.
Tanınmış iş adamı bir-birindən maraqlı açıqlamalar verib.
Xeyli müddətdir idman sahəsində müxtəlif layihələr həyata keçirən, sosial tədbirlərdə aktiv iştirak edən Y.Bayram yüngül sənayedəki vəziyyətdən danışıb.
O, bəzi məşhur xarici markaların Bakıda fəaliyyət göstərən sexlər tərəfindən saxtalaşdırıldığını bildirib.
Deyib ki, həmin müəssisələr qanunlara riayət etmir, gizli şəkildə belə işlər görür.
Müsahib rəhbəri olduğu şirkətin bu qəbildən çağırışları daim geri çevirdiyini qeyd edib. Misal kimi, «Qarabağ»lə bağlı aldığı təklifi göstərib.
Ağdam klubunun geyimlərinin eynisini hazırlamaq müqabilində ona böyük miqdarda pul vəd olunduğunu, lakin bu anlaşmaya qol qoymadığını diqqətə çatdırıb.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

