“Liverpul”un müdafiəçisi İbrahima Konate komandanın hazırkı vəziyyəti və yenidənqurma prosesi barədə fikirlərini bölüşüb.
Sportinfo.az ESPN-ə istinadən xəbər verir ki, 26 yaşlı fransalı futbolçu, komandanın yeni oyunçularla uyğunlaşma mərhələsində olduğunu bildirib və zamanla uğurun gələcəyinə inanır:
“Biz yeni futbolçular gətiririk, bir-birimizə uyğunlaşırıq və bir-birimizi daha yaxşı başa düşməyə çalışırıq. Bir gün mütləq uğur gələcək.
Premyer Liqanı və ya UEFA Çempionlar Liqasını qazandığımız zaman insanlar indiki uğursuz mövsümləri unudacaq”.
“Liverpul” hazırda 31 turdan sonra topladığı 49 xalla Premyer Liqada turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Komanda ötən mövsüm İngiltərə çempionu olub.

