Millidəki təyinatda hansı klubun prezidentinin rolu var?

11:00 Milli komanda 1 275
Millidəki təyinatda hansı klubun prezidentinin rolu var?

Vaqif Cavadov Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət millisinə köməkçi məşqçi təyin olunub.

O, U-20-də portuqaliyalı mütəxəssis Ruy Jorjenin köməkçisi vəzifəsinə gətirilib.

2020-ci ildə məşqçiliyə başlayan Cavadov "Sumqayıt"da və qısa müddət Qazaxıstan "Turan"ında fəaliyyət göstərib.

Məşqçiliyə "Sumqayıt"ın U-19 komandasında köməkçi kimi başlayan mütəxəssis daha sonra "Sumqayıt-2"də baş məşqçi kimi çalışıb. O, 2024/2025 mövsümünün ikinci yarısında "Sumqayıt"ın əsas komandasını çalışdırıb.

Millidəki təyinatda hansı klubun prezidentinin rolu var?

Bu təyinatla bağlı redaksiyamıza maraqlı məlumat daxil olub. Bildirilib ki, Cavadovun U-20-yə gətirilməsində Riad Rəfiyevin xidməti var.

"Sumqayıt"ın prezidenti Rui Jorje ilə yaxın münasibətlərindən istifadə edərək, ona belə bir köməklik göstərib. Portuqaliyalıya onun haqda geniş məlumat verib, uğurlu ola biləcəyini söyləyib.

Futbolçu karyerası ərzində Azərbaycanda "Qarabağ", "Bakı", "Keşlə" (hazırkı "Şamaxı"), "Xəzər Lənkəran", "Qəbələ", "Sumqayıt", AZAL kimi klublarda çıxış etmiş Vaqif Cavadov Niderlandda "Tvente", Rusiyada "Volqa", Türkiyədə "Qaziantep BB" və "Boluspor"un heyətində legioner həyatı yaşayıb.

2006-2014-cü illər ərzində Azərbaycan millisinin heyətində 58 oyun keçirib, 9 qol vurub.

U-20 millimiz 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatında çıxış edəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti