“Biz yaxşı adamlarıq, Uca Tanrı bizimlədir, bunu unutmayın!” - VİDEO

10:20 Türkiyə 100
“Biz yaxşı adamlarıq, Uca Tanrı bizimlədir, bunu unutmayın!” - VİDEO

Türkiyənin dünya çempionatının Avropa üzrə pley-off mərhələsində Kosovo üzərindəki qələbəsindən (1:0) sonra komandanın kapitanı Hakan Çalhanoğlu komanda yoldaşlarını meydana toplayaraq, duyğusal və motivasiyaedici çıxış edib.

Sportinfo.az xəbər verir ki, təcrübəli futbolçu əldə olunan uğurun təsadüfi olmadığını vurğulayaraq, komandanın bu nəticəyə layiq olduğunu bildirib.

O, çıxışında birlik və inamın önəmini xüsusi qeyd edib.

“Biz yaxşı adamlarıq. Bu komanda buna layiq idi. Uca Tanrı bizimlədir, bunu unutmayın!”, - Çalhanoğlu komanda yoldaşlarına səslənib.

Kapitan həmçinin ümid etdiyini bildirib ki, komanda gələcəkdə də uğurlu çıxışını davam etdirərək azarkeşləri sevindirməyə davam edəcək.

Çalhanoğlu əlavə edib ki, əsas hədəf daha böyük uğurlara imza atmaqdır: “İnşallah, millətimizi Dünya Kubokunda qürurlandıracağıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
1 Aprel 07:40 Ömrü uzadan 10 qida