Bəhlul Mustafazadə onlarla müqaviləyə imza atdı - FOTO

19:40 Qarabağ 369
Bəhlul Mustafazadə onlarla müqaviləyə imza atdı - FOTO

“Qarabağ”ın daha bir yerli futbolçusu Bəhlul Mustafazadə xarici şirkətlə əməkdaşlığa başlayıb.

Azərbaycan millisinin də şərəfini qoruyan 29 yaşlı müdafiəçi “Football Life Management” adlı menecer şirkəti ilə müqavilə bağlayıb.

“FLM Agency” sosial şəbəkə səhifələrində Bəhlulla bağlı paylaşım edərək, həmyerlimizə uğurlar arzulayıb.

Fransalı Sem Nordinin rəhbəri olduğu şirkət ötən ay Nəriman Axundzadənin ABŞ təmsilçisi “Kolombus Kryu” klubuna keçidinə vasitəçilik etmişdi.

Maraq üçün bildirək ki, “Qarabağ”ın digər yerli futbolçuları Elvin Cəfərquliyev, Toral Bayramov və Musa Qurbanlı, “Zirə”li İsmayıl İbrahimli də “FLM Agency” ilə əməkdaşlıq edir.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti