Qalmaqala məruz qalan Mahirdən YENİ XƏBƏR - VİDEO 

14:20 Bizimkilər 313
Qalmaqala məruz qalan Mahirdən YENİ XƏBƏR - VİDEO 

"Kayzerslautern”in azərbaycanlı hücumçusu Mahir Emreli “Nots Kaunti” ilə yoldaşlıq oyununda zədələnib.

Sportinfo.az xəbər verir ki, o, İngiltərənin dördüncü liqa klubu ilə həmin matçdan sonra artıq neçə gündür məşqlərə qatılmır.

Lakin Mahir artıq zədəsini sağaldıb.

"Nots Kaunti" ilə görüşdə zədəyə səbəb isə rəqibin kobud oyunu olub və bu, hətta iki komandanın futbolçuları arasında əlbəyaxa davaya da gətirib çıxarıb.

Həkimlər ciddi zədə aşkar etməsələr də, Emrelinin ayağındakı ağrı hiss olunduğu üçün hazırlıqdan uzaq düşmüşdü.

27 yaşlı ayağında diskomfort hiss etdiyi üçün məşqlərə qoşulmayıb. Onun sabahkı məşqdə iştirak edəcəyi gözlənilir.

"Kayzerslautern" "Nots Kaunti"ni 4:0 məğlub edib. O, 10-cu dəqiqədə komandasının üçüncü qoluna imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti