Azərbaycan komandası Balkan Kubokunun qalibi ilə üz-üzə gələcək

16 İyul 2025 04:00 Voleybol 633
Azərbaycan komandası Balkan Kubokunun qalibi ilə üz-üzə gələcək

Azərbaycanı “Challenge Cup”da təmsil edəcək kişilərdən ibarət “Xilasedici" voleybol klubunun potensial rəqibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Lüksemburqda baş tutan püşkatma mərasimində təmsilçimizin Balkan Kubokunun qalibi olacaq komanda ilə üz-üzə gələcəyi bəlli olub.

Avrokuboklarda debüt edəcək “Xilasedici” mübarizəyə 1/32 finaldan start verəcək. Komandaların birinci oyunu noyabrın 11-13-nə, cavab matçı bir həftə sonraya təsadüf edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 17:30 Çək və bizə göndər!
23 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM