"Neftçi" Portuqaliya millisinin hücumçusu ilə anlaşıb?

13:00 Neftçi 1 375
"Neftçi" Portuqaliya millisinin hücumçusu ilə anlaşıb?

"Neftçi"nin "Modena"nın portuqaliyalı hücumçusu Pedro Manuel Mendeslə anlaşmasına dair xəbərlər yayılıb.

Sosial şəbəkələrdə tirajlanan məlumata görə, 25 yaşlı forvard bakılılarla razılıq əldə edib.

O, kayerası ərzində "Sportinq Lissabon", "Almeria", "Nasional", "Rio Ave" və "Askoli"nin də formasını geyinib.

"Neftçi"nin Portuqaliyanın U-18 və U-21 yığmalarında çıxış etmiş Pedro ilə 2 illik müqavilə imzaladığı bildirilir.

Lakin paytaxt təmsilçisindən redaksiyamıza verilən məlumata görə, bu informasiya reallıqdan uzaqdır.

Belə ki, klubdan portuqaliyalının meneceriylə heç kim əlaqə saxlamayıb və onun gəlişi müzakirə olunmayıb.,

Sessi D’Almeyda (son klubu “Apollon Limassol”), Luis Ortis (“Sportivo Ameliano”dan icarəyə götürülüb), Elvin Bədəlov (son klubu "Sumqayıt"), Murad Xaçayev (son klubu "Sumqayıt"), İqor Ribeyro ("Araz-Naxçıvan"), İmad Faraj (son klubu “AEK Larnaka”), Freddi Varqas (“Makkabi”dən (İsrail, Netanya icarəyə götürülüb) və Cordan Rezabala (son klubu "Dorados") - bunlar "Neftçi"nin bu yay etdiyi transferlərdir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti