
«Qarabağ»ın Toqo yığmasının hücumçusu Samsondin Ouronu maraq dairəsinə almasından xəbərdarsız.
Yeni məlumata görə, 25 yaşlı yarımmüdafiəçi Azərbaycandan gələn təklifə barmaqarası yanaşmayıb.
«Köhlən atlar»ın şərtləri ilə maraqlanan afrikalı legioner qarşı tərəfə «gələrəm» söyləyib.
İndi son söz Qurban Qurbanovundur. Hər şey baş məşqçi yekun qərarından asılıdır. O, bu gün okey versə, sabah bura gələcək.
Toqo yığmasının üzvü zamanda Almaniya vətəndaşlığına sahibdir.
Futbolda ilk addımlarını bu ölkədə atıb, «SSV Reutlingen»in akademiyasında yetişib. 2019-2020-ci illəri Zaqreb «Dinamo»sunda keçirib.
2021-ci illərdə Sloveniyaya yollanıb, 2 mövsüm «Mura»nın uğurları üçün tər töküb. Daha sonra icarə əsasında « Radomlje»də çıxış edib.
2023-cü ildə Səudiyyə Ərəbistanından təklif alıb, «Al-Adalah» ilə müqavilə imzalayıb.
2024-cü ilin ikinci yarısında isə Macarıstana üz tutub, «Qyor»la anlaşıb. Həmin vaxtdan bəri bu klubda 25 oyna çıxıb və 4 qol vurub.
«Qarabağ» iyundan bəri 3 transfer edib. Hamısı da Portuqaliyanın II Liqasından.
Dani Bolt (Torreense"), Pedro Bikalyo ("Alverka") və Kris Kuaku ("Mafra") artıq düşərgədədir.
SPORTİNFO.AZ