114 yaşlı idmançını maşın vurub öldürdü - Yolu keçmək istəyərkən

16 İyul 2025 01:40 Hadisə 503
114 yaşlı idmançını maşın vurub öldürdü - Yolu keçmək istəyərkən

Dünyanın ən yaşlı marafonçusu Fauc Sinq Hindistanda dünyasını dəyişib.

Sportinfo.az xəbər verir ki, bu haqda CNN-in məlumat yayıb.

114 yaşlı Sinqi evinin yaxınlığında yolu keçərkən avtomobil vurub. İdmançı xəstəxanaya aparılsa da, avtomobil qəzası nəticəsində aldığı xəsarətlər ölümcül olub.

Sinq 1911-ci il aprelin 1-də Pəncabda anadan olub. Həyat yoldaşı Yan Kaurun ölümündən sonra Britaniyaya köçüb və oğlu ilə birlikdə Londonda məskunlaşıb.

O, 2000-ci ildə, 89 yaşında qaçmağa başlayıb və Londonda ilk marafonunu 6 saat 54 dəqiqəyə qaçıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi