Avropada yeni klub tapan azərbaycanlı hücumçu: "Eşitmişəm ki...”

13:40 Bizimkilər 340
Avropada yeni klub tapan azərbaycanlı hücumçu: "Eşitmişəm ki...”

"Komandaya qoşulduğum üçün çox şadam.

Yeni mövsümün əvvəlini səbirsizliklə gözləyirəm".

Sportinfo.az xəbər verir ki, bunu Polşada "Rodemyak"dan "Motor Lublin"ə keçən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov deyib.

26 yaşlı hücumçu Lublin təmsilçisinin rəsmi saytına açıqlamasında mövsümün uğurlu olacağına ümid etdiyini söyləyib:

"Eşitmişəm ki, ilk matçda anşlaq ola bilər. Buna görə də bazar günü keçirəcəyimiz matçı səbirsizliklə gözləyirəm".

Renat Dadaşov "Motor Lublin"lə 1+1 illik müqavilə imzalayıb. Komanda mövsümdə ilk oyununu iyulun 20-də evdə "Arka Qdınya"ya qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti