
“Neftçi” növbəti keçidini rəsmiləşdirib.
Sportinfo.az xəbər verir ki, Bakı təmsilçi Venesuela millisinin yarımmüdafiəçisi Freddi Varqası rənglərinə bağlayıb.
26 yaşlı futbolçu İsrailin “Makkabi” (Netanya) klubundan 1 il müddətinə icarəyə götürülüb.
Vətənindən başqa, ABŞ və İsrail liqalarında çıxış etmiş Varqas yarımmüdafiənin həm cinahlarında, həm də mərkəzində oynamağı bacarır.
O, Venesuela milli komandasında 3 oyun keçirib.