
“Deyək ki, ailə 3 nəfərdən ibarətdir: ata, ana və 1 azyaşlı uşaq.
Əgər uşaq 8 yaşına çatmayıbsa, ailədə yetkinlik yaşına çatmış 1 nəfər uşaq baxdığı üçün işləməyə bilər. Sırf həmin uşağa qulluq etmək üçün.
Digər ailə üzvlərinin isə rəsmi iş yeri olmalıdır. Ya əmək müqaviləsi ilə işləməli, yaxud sahibkar kimi VÖEN-i olmalıdır ki, sistem gəlirlərini müəyyən edə bilsin”.
Bu sözləri "Yeni Sabah"a hüquqşünas Aqşin İsgəndərzadə deyib.
O bildirib ki, əgər ailə valideynlərlə bir evdə yaşayırsa, bu birgə təsərrüfat hesab olunur: pizza hut
“Yəni onların fərqli ailə olmasının heç bir fərq yaratmır. Birgə yaşayırlarsa, birgə təsərrüfat hesab olunacaqlar. Bu, ailə tərkibində də göstərilməlidir.
Ünvanlı sosial yardımın verilməsi üçün ailədə yetkinlik yaşına çatmış hamının rəsmi iş yeri olmalıdır. Əgər işləyən qeyri-rəsmi, yəni günəmuzd çalışırsa, həmin ailəyə ünvanlı sosial yardımın verilməsi ilə bağlı müraciətə imtina gələcək. Çünki sistem gəlirləri müəyyən edə bilmir, əmək qabiliyyətli şəxslərdən üzrlü səbəb yoxdursa, yetkinlik yaşına çatmış hər bir ailə üzvü işləməlidir
Hüquqşünas vurğulayıb: "Dövlət ünvanlı sosial yardım verir ki, ailənin gəlirləri təsdiq edilmiş yaşayış minimumuna çatsın. Ailə çalışır, əlindən gələni edir, amma yenə də minimum dolanışıq xərclərini ödəməkdə gücsüdür. Dövlət onların minimum dolanışıq xərclərini ödəmək üçün ünvanlı sosial yardım verir. Əgər işləməsələr, bu gələcəkdə sui-istifadə hallarına gətirib çıxarar.
Ailə qeydiyyatda olduğu evdə deyil, başqa bir ünvanda kirayədə yaşayırsa, ata və ananın təqaüd alması sosial yardımın verilməsində problem yaratmır . Hətta birlikdə yaşasalar belə, əgər ümumi gəlirlərinin cəmi ailə üzvlərinin sayına bölündüyü zaman yaşayış minimumundan azdırsa, bu halda ünvanlı dövlət sosial yardımı verilir".