“Əla final olacaq, onlar qalib gəlmək üçün əllərindən gələni etməyə hazırdır”

“Əla final olacaq, onlar qalib gəlmək üçün əllərindən gələni etməyə hazırdır”

“Yuventus”un sabiq futbolçusu Klaudio Markizio “İnter”i Çempionlar Liqasının finalının favoriti hesab edir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, eyni zamanda, finalın əla keçəcəyini söyləyib:

“Düşünürəm ki, “İnter” daha güclü deyil, lakin oyunun təşkilində, hücumda və müdafiədə daha mükəmməldir.

Ancaq matçda hər şey ola bilər, bu, əla final olacaq.

PSJ istedadlı komandadır. Onlar Çempionlar Liqası matçlarında, xüsusən də, “Mançester Siti”yə qarşı oynayaraq, mövsümboyu bunu sübut etdilər.

Luis Enrikenin təcrübəsi var. Komanda gənc, lakin təcrübəlidir. Və onlar qalib gəlmək üçün əllərindən gələni etməyə hazırdırlar”.

“İnter”lə PSJ arasındakı Çempionlar Liqasının final oyunu mayın 31-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 May 11:00 Bir-bir gəlin!