Bu ölkədən 6 klub çıxış edəcək - Çempionlar Liqasında

Bu ölkədən 6 klub çıxış edəcək - Çempionlar Liqasında

İngiltərə Çempionlar Liqasının 2025/2026 mövsümündə 6 komanda ilə təmsil olunacaq.

Sportinfo.az xəbər verir ki, bu “Mançester Yunayted” və “Tottenhem”in Avropa Liqasında finala yüksəlməsindən sonra dəqiqləşib.

UEFA-nın reqlamentinə görə, Avropa Liqasının qalibi birbaşa Çempionlar Liqasına vəsiqə qazanacaq.

Finalçılar İngiltərə Premyer Liqasında qitənin ən nüfuzlu turnirinə şans verən ilk 5 yerdə qərarlaşmadığı üçün bu, ölkə üçün əlavə yer olacaq.

“Liverpul” çempion olmaqla ilk hüquqa sahib olub. Hesabında 67 xal olan “Arsenal” da bu vəsiqəni əldə etməyə çox yaxındır.

Digər 4 yer uğrunda isə 5 komanda – “Mançester Siti”, “Nyukasl”, “Çelsi”, “Nottingem” və “Aston Villa” mübarizə aparır.

Digər Xəbərlər
Xəbər Lenti
9 May 11:00 Məcarə axtarmayın!