
Çempionlar Liqasında yarışacaq "Qarabağ"ın daha bir mümkün rəqibi bəlli olub.
Sportinfo.az xəbər verir ki, FCSB Rumıniya çempionu titulunu qazanıb.
Onların rəqibləri "Universitatya Krayova" və ÇFR heç-heçə oynadığından komanda vaxtından əvvəl titula sahib olub. FCSB ardıcıl ikinci, tarixində isə 28-ci dəfə Ruminıya çempionu olub.
Qarabağ və FCSB bu mövsümdə Avropa Liqasında qarşılaşmış və rumınlar Bakıda 3:2 hesabı qalib gəlmişdilər.