
“İnter Mayami”nin rəhbərliyi Lionel Messi ilə müqavilənin müddətini uzada biləcəyinə inanır.
Sportinfo.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Messinin hazırkı müqaviləsinin müddəti bu ilin sonuna qədərdir. Daha əvvəl argentinalı hücumçuya Səudiyyə Ərəbistanının bəzi klublarının maraq göstərdiyi bildirilmişdi.
38 yaşlı forvard 2023-cü ilin yayından “Inter Mayami”də çıxış edir. Bundan əvvəl o, “Barselona” və PSJ-nin heyətində oynayıb.
Messi “Barselona” ilə 10 dəfə La Liqa çempionu olub, 7 dəfə İspaniya kubokunu, 4 dəfə isə UEFA Çempionlar Liqasını qazanıb.