ÇL-i qazanmağa ən iddialı klubun adını açıqladı - Superkompüter

14 Mart 2025 12:00 Çempionlar Liqası 5 349
ÇL-i qazanmağa ən iddialı klubun adını açıqladı - Superkompüter

Çempionlar Liqasının 1/8 final mərhələsi başa çatdıqdan sonra “Opta” şirkətinin mütəxəssisləri superkompüteri işə salıblar və komandaların turnirdə qalib olmaq şanslarını hesablayıblar.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona”nın “böyük qulaqlı kubok”u qazanmaq şansı ən yüksəkdir – 20,4 faiz.

Kuboku qazanmaq şansı 19,3 faiz olan PSJ ikinci yerdədir.

İlk üçlüyü 16,8 faizlə “Arsenal” tamamlayır.

Sonrakı yerləri “İnter” (16,4), “Real” (13,6), “Bayern” (9,7), “Aston Villa” (2,8) və Dortmund “Borussiya”sı (1) tutur.

Çempionlar Liqası kubokunun hazırkı sahibi “Real”dır.

Digər Xəbərlər
Xəbər Lenti
5 Oktyabr 18:10 Çək və bizə göndər!
5 Oktyabr 09:20 "Sakit qalmaq lazımdır"