"Çempionlar Liqasında 100-dən çox qol vura biləcəyimi düşünmürdüm"

28 Noyabr 2024 15:40 Çempionlar Liqası 1 928
"Çempionlar Liqasında 100-dən çox qol vura biləcəyimi düşünmürdüm"

“Barselona”nın hücumçusu Robert Levandovski UEFA Çempionlar Liqasında vurduğu qolların sayının 100-ə çatmasını şərh edib.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, polşalı futbolçu çox xoşbəxt olduğunu bildirib:

“Mən çox xoşbəxtəm. 100 qol gözəl göstəricidir, amma mən artıq 101 qol vurmuşam.

Çempionlar Liqasında 100-dən çox qol vura biləcəyimi düşünmürdüm. Lionel Messi və Kriştiano Ronaldo ilə eyni səviyyədə olmaq xoşdur”.

“Barselona” Çempionlar Liqasının 5-ci turunda Fransa “Brest”inə 3:0 hesabı ilə qalib gəlib. Levandovski bu oyunda iki qol vurub. O, 2022-ci ilin yayından Kataloniya klubunda forma geyinir.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”