İsveçli hücumçu həftənin ən yaxşısı seçildi - Çempionlar Liqasında

8 Noyabr 2024 01:20 Çempionlar Liqası 2 475
İsveçli hücumçu həftənin ən yaxşısı seçildi - Çempionlar Liqasında

“Sportinq”in forvardı Viktor Dyökereş azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.

Sportinfo.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, səsvermədə Luis Dias (“Liverpul”) ikinci, Nikolas-Herrit Kyun (“Seltik”) üçüncü yeri tutub.

Dyökereş Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Mançester Siti”yə (İngiltərə) 4:1 hesabı ilə qalib gəldikləri matçda het-trik edib.

26 yaşlı isveçli hücumçu cari mövsüm qitənin ən nüfuzlu klub turnirində meydana çıxdığı 4 görüşdə 5 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
4 Noyabr 16:30 Çək və bizə göndər!
4 Noyabr 03:30 Ağayev görüşə getdi
4 Noyabr 03:00 Sevgilisindən ayrıldı