“Mən bu matçı qisas almaq fürsəti kimi görmürəm”

22 Oktyabr 2024 21:40 Çempionlar Liqası 2 118
“Mən bu matçı qisas almaq fürsəti kimi görmürəm”

“Barselona”nın yarımmüdafiəçisi Rafinya UEFA Çempionlar Liqasının 3-cü turunda “Bayern”lə ev oyunu ilə bağlı gözləntilərini bölüşüb.

Sportinfo.az “sport.es”-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu bu matçı “Bayern”dən qisas almaq fürsəti kimi görmədiyini bildirib:

“Barselona” forması ilə 100-cü oyunumu oynamaq xüsusi bir şey olacaq. Amma indi çox çalışırıq və oyundan sonra ümid edirəm ki, qələbəni qeyd edəcəyik.

Üç xal qazanmaq istəyirik, bu, bizim üçün vacibdir. Mən bu matçı “Bayern”dən qisas almaq fürsəti kimi görmürəm (2020-ci ildəki 2:8 hesablı məğlubiyyətə görə).

Baş verənlər artıq keçmişdə qalıb. Yaxşı nəticə əldə etmək üçün çox çalışırıq. Bütün diqqətimizi oyuna yönəltmişik”.

27 yaşlı futbolçu üçün bu matç onun “Barsa” forması ilə 100-cü oyunu olacaq.

“Barselona” – “Bayern” oyunu sabah keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada
18 Oktyabr 01:00 “Qarabağ”a qayıtdı!