Del Pieronu geridə qoyan Türkiyənin gənc ulduzu - VİDEO

19 Sentyabr 2024 18:40 Çempionlar Liqası 2 636
Del Pieronu geridə qoyan Türkiyənin gənc ulduzu - VİDEO

Türkiyə millisinin və “Yuventus”un yarımmüdafiəçisi Kenan Yıldız rekorda imza atıb.

Sportinfo.az xəbər verir ki, gənc ulduz buna Çempionlar Liqasında ilk liqa mərhələsi çərçivəsində PSV üzərində 3:1 hesablı qələbə qazandıqları matçda nail olub.

Belə ki, Yıldız Çempionlar Liqasında “qoca sinyora”nın tarixində ən gənc qol vuran futbolçu kimi yadda qalıb. O, 21-ci dəqiqədə komandasının ilk qolunu vurmaqla 19 yaş 136 günündə fərqlənib.

Türkiyəli futbolçu 1995-ci ildə 20 yaş 308 gündə qol vuran Alessandro Del Pieronun nailiyyətini geridə qoyub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar